Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərmivəsində çıxışı zamanı deyib.
Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.
H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:
Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icraısna gətirib çıxaracaq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub