Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya səfər edəcək.
Mynews.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib.
“Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, - deyə o bildirib. – Ümid edirəm, bu səfər onların gələcək inkişafına təkan verəcək”.
Qeyd edək ki, iyulda “Sputnik Armeniya” agentliyi Angela Merkelin Tbilisi, Yerevan və Bakıya səfərinə hazırlıq barədə xəbər yaymışdı.
“Kansler avqustun 23-də Tbilisi, 24-də Yerevan, 25-də Bakıda olacaq”, - deyə o zaman adının çəkilməsini istəməyən mənbə bildirmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub