Xəzəryanı ölkələrin XİN rəhbərlərinin müavinləri bu ilin payınızda Azərbaycanda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya üzrə məsləhətləşmələr keçirmək istəyirlər.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov bildirib.
“Dövlət başçılarının verdiyi tapşırıq və qəbul olunmuş sənədlərdəki razılaşmalara əsasən, bu görüş altı aydan gec olmayaraq keçirilməlidir. Bundan başqa, artıq razılıq var ki, qrup bu ilin payızında toplaşacaq və bilavasitə işə başlayacaq. İlkin olaraq, söhbət Azərbaycanda görüşdən gedir”, - deyə Abdrahmanov bildirib.
Onun sözlərinə görə, bu məsləhətləşmələr Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada əldə olunmuş razılaşmaların reallaşdırılmasına toxunacaq.
“Konvensiyanın özü və onun icrasına gəldikdə isə, sammitdən bir gün qabaq görüş keçirmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirləri qonşu ölkələrin XİN-in himayəsi altında konvensiyanın müddəalarının reallaşdırılması üzərində iş aparacaq xüsusi mexanizm, qrupun yaradılması haqqında qərar qəbul ediblər”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Xəzər dənizinin statusu haqqında konvensiyanı Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran imzalayıb. Mərasim avqustun 12-də Aktau (Qazaxıstan) şəhərində baş tutub. Konvensiya üzərində 22 il iş aparılıb.
Sənəddə deyilir ki, Xəzər dənizinin ümumi su səthi tərəflərin ümumi istifadəsində qalır. Dib və təbii sərvətlər isə qonşu dövlətlər arasında beynəlxalq hüquq əsasında bölünəcək.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub