Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Ən yaxşı özüyeriyən artilleriya divizionu” adını qazanmaq uğrunda yarışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, Azərbaycan Ordusunun özüyeriyən artilleriya divizionlarının cəlb olunduğu yarışlarda tədris-material baza öyrənilir, zabitlərin və ixtisaslı mütəxəssislərin hazırlıq səviyyəsi yoxlanılır, fərdi və qrup şəklində normativlər qəbul edilir. Nəticələr yarışların rəhbərliyi tərəfindən təhlil edilərək ümumiləşdirilir və qiymətləndirilir.
Avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş, yüksək dəqiqliklə atəş açmaq imkanına malik olan, eyni zamanda, döyüş hazırlığı səviyyəsi ilə müsbət tərəfə fərqlənən divizionlar, döyüş atışları icra edərkən əla nəticələr göstərmək və səhra vərdişlərini təkminləşdirmək uğrunda yarışırlar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub