Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Mynews.az xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın təkbətək, sonra geniş tərkibdə görüşü olub.
Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır.
İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. 2017-ci ildə ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar olub. Ticarət dövriyyəsinin həcmini artırmaq istiqamətində hər iki ölkə səylə çalışır.
Milli Məclisin sədri Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi birgə regional layihələrdən söz açaraq bildirib ki, bu layihələr ölkələrimizin rifah halının yaxşılaşdırılmasına böyük kömək edəcək.
Oqtay Əsədov parlamentlərimiz arasında da əlaqələrin davamlı olaraq genişləndiyini deyib. Qeyd edib ki, Milli Məclisin 59 deputatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.
Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, bu səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişafı üçün müzakirələrin aparılacağını bildirib.
Binəli Yıldırım ölkələrimiz arasındakı əlaqələrin mükəmməl səviyyədə olduğunu, bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri dərin köklərə malik qardaşlıq və dostluq münasibətləri olan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub