Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki qardaş ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Binəli Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan baş nazir deyib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq edir, bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən baş nazir qardaş ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən baş nazir Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.
Novruz Məmmədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edən Türkiyə parlamentinin sədri Binəli Yıldırım hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etməsinin ənənəyə çevrildiyini bildirib.
Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını xatırladan Binəli Yıldırım hər zaman olduğu kimi, TBMM-nin sədri vəzifəsində də hər iki ölkənin mənafeyinin müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub