Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir. Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək, çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir.
Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib.
Maraqlıdır, görəsən, klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?”, - deyə o bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub