Bakıda dünən baş verən qəzada hərbçi vəfat edib.
Mynews.az Qafqazinfo”nun-ya istinadən xəbər ki, hadisə saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.
İlkin məlumata görə, E.Abdullayev yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb və qəzaya səbəb olub. O, taksi fəaliyyəti ilə məşğul olur. Qəza nəticəsində onun sərnişini, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib. B.Əliyev Qaradağ rayonunda yerləşən hərbi hissələrin birində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub.
Sürücü E.Abdullayev və digər sərnişini, 1996-cı il təvəllüdlü Rza Rzayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. R.Rzayevin vəziyyəti ağırdır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub