“Bölgə dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkəmizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Bu mənada, regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban, səmimi, dostluq münasibətlərinin daim inkişaf etdirilməsinə rəsmi Bakı xüsusi diqqət ayırır”. Bunu “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: “Son illərdə iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verir. Təbii ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun sıx davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir”.
“Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə keçirilmiş görüşlərdə iki ölkə arasında xüsusi əhəmiyyəti ilə seçilən bir sıra müqavilələrin imzalanması da Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni dinamizm verəcək” – deyən Bəhruz Quliyev əlavə edib ki, əldə edilən razılaşmaların həyata keçirilməsi nəticəsində iki ölkənin əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksələcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub