Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanarasında yaxın vaxtlarda görüşün keçirilməsi planlaşdırılır.
Mynews.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Yaxın vaxtlarda prezident Putinlə Ermənistan baş naziri Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin ölkəsində vəziyyətin inkişafı perspektivlərini necə qiymətləndirməsi bizim üçün çox vacibdir.
Bizim üçün bu vəziyyətdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərinin nədən ibarət olması vacib deyil, bizə əsas olan bu öhdəliklərin yerinə yetirilməsidir”, - Lavrov deyib.
Rusiya XİN rəhbəri deyib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə müdaxilə etməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub