Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib.
Mynews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib. Bu barədə MDB-nin icraiyyə komitəsinin birinci sədr müavini Viktor Quminskiy İrəvanda jurnalistlərə açıqlamasında deyib.
“İrəvana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi?” sualına isə belə cavab verib:
“Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub