Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha bir açıqlama ilə çıxış edib.
Mynews.az-ın məlumatına görə, bu haqda Oxu.Az-a eksklüziv açıqlamasında H.Hacıyev deyib ki, sözügedən hərbi təlimlər çərçivəsində Azərbaycana müharibə elan edən Ermənistan tərəfi bir daha o faktı da sübut edir ki, münaqişə tərəfi məhz Ermənistandır.
“Hesab edirik ki, Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, eyni zamanda, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir.
Dünənki bəyanatda da vurğulandığı kimi, Ermənistanın yeni hakimiyyəti, Nikol Paşinyan hökuməti Sarqsyan rejiminin hərbi diktatura siyasətini davam etdirir, regionu, bu bölgəni yeni hərbi avantüralarla və təhlükələrlə üz-üzə qoyur.
Bununla da Ermənistan rəhbərliyi ziddiyyətli və biri digərini təkzib edən fəaliyyətini davam etdirir və özü-özünü inkar edir”, - deyə XİN rəsmisi əlavə edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub