Ermənistan tərəfindən növbəti məsuliyyətsiz bəyanatlar, fikirlər səsləndirilir. Bu gün də bunun şahidi olduq.
Mynews.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də keçirilən iclasında deyib.
Komitə sədri Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətini məsuliyyətsizlikdə ittiham edib.
“Bildiyiniz kimi, Ermənistan hakimiyyət dəyişikliyindən sonra AŞPA-da hələ də keçmiş rəhbərliyin müəyyənləşdirdiyi nümayəndə heyəti ilə təmsil olunur. İndi onlar Paşinyan hökumətinin formalaşdıracağı nümayəndə heyətində hansısa formada yenidən təmsil olunmaq üçün növbəti məsuliyyətsiz addımlara əl atıblar.
Onların verdiyi bəyanatda həqiqətə əks etdirən məqam yoxdur, hamısı tamamilə məntiqsiz ifadələrdir. Onlar Ermənistan rəhbərliyinin, Paşinyan hökumətinin məsuliyyətsiz bəyanatlarını təkrarlayır, eləcə də, Paşinyanın demək istədiklərini səsləndirirlər. Ancaq bunların heç bir faydası yoxdur”, - deyə komitə sədri əlavə edib.
Komitə sədri Paşinyanın günü-gündən nüfuzunun aşağı düşdüyünü deyib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub