ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.
Mynews.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir.
Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.
“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub