Milli Məclisin (MM) rəhbərliyi bir neçə gündən sonra öz işinə start verəcək 2018-ci il payız sessiyası ilə bağlı parlamentin komitə iclalarının təxirə salınması barədə göstəriş verib.
MM-dən Mynews.az-a bildirilib ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illik yubileyi ilə bağlı parlamentin ayın 21-də keçiriləcək xüsusi və təntənəli iclası ilə bağlıdır.
Məlumata görə, parlament rəhbərliyi bütün diqqətin bu yubliey tədbirinin yüksək səviyyədə keçirilməsinə yöndərilməsi üçün tapşırıq verib.
Odur ki, MM-in bu həftəyə təyin edilmiş bütün komitə iclasları, o cümlədən, bu günə təyin olunmuş Səhiyyə, İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin, o cümlədən, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasları ləğv edilib və gələn həftəyə planlaşdırılıb.
Qeyd edək ki, xüsusi və təntənəli iclsda Azərbaycan prezidenti İlham Əliyevin, o cümlədən, 14 ölkənin parlament sədrinin iştirakı gözlənilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub