Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyasında qanun layihələrinin müzakirəsi və qəbul prosedurunda bir sıra yeniliklərin edilməsi gözlənilir.
Mynews.az-ın MM-dən əldə etdiyi məlumata görə, artıq payız sessiyasından etibarən təkcə yeni qanun layihələri deyil, həm də qanunlara, məcəllələrə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanunvericilik sənədləri də üç oxunuşdan keçiriləcək və üçüncü oxunuşda bütövlükdə qəbul olunaraq, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidentinə göndəriləcək.
Qeyd edək ki, indiyə kimi, ancaq yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul olunurdu, qanunlara, məcəllələrə dəyişikliklər isə cəmi bir oxunuşdan keçirilərək, qəbul edilirdi.
Yalnız Konstitusiya qanunlarında dəyişikliklər iki dəfə səsverməyə çıxarılırdı. Bununla yanaşı, millət vəkillərinin çıxışları, replikaları ilə bağlı vaxt məsələsində də yeniliklərin tətbiqi gözlənilir.
Onu da qeyd edək ki, yeni prosedurlar 2016-cı ilin sentyabr ayının 26-da ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş bir sıra dəyişikliklərlə bağlıdır.
Bir sözlə, millət vəkillərinin işi bir qədər də artmış olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub