Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.
Mynews.az xəbər verir ki, Sidorov Ermənistan-Azərbaycan sərhədində sülhün davam edəcəyinə ümid bəslədiyini bildirib.
"Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik”, - deyən Sidorov bununla Ermənistanın KTMT-yə bel bağlaması ümidlərini puça çıxarıb.
Qeyd edək ki, bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib. Ermənistanda KTMT-nin məsələyə müdaxilə etməsi haqqında tələblər səsləndirilsə də, İrəvanın təşkilata müraciət etmədiyi deyilir. Ermənistan KTMT-nin üzvü olduğu üçün, nizamnaməyə görə təşkilat Qarabağ cəbhəsindən kənarda, sərhəddə baş verə biləcək toqquşmada İrəvanı müdafiə etməlidir. Lakin bu məsələnin kağız üzərində olduğu və KTMT daxilində daha çox Azərbaycana dəstək verildiyi də məlumdur.//Publika.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub