ABŞ prezidenti Donald Tramp Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Mynews.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Tramp Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda deyib.
“Gələcək aylarda Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar açılacaq. Bu isə öz növbəsində ABŞ-Ermənistan əməkdaşlığı üçün də yeni imkanlar aça bilər. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tapılması istiqamətində tərəflərlə iş aparmağa hazırdır”, – deyə Tramp bəyan edib.
Məktubda həmçinin, Ermənistanda korrupsiya ilə mübarizə, qanunun aliliyinin təmin edilməsi, şəffaf məhkəmə sistemi və azad siyasi-iqtisadi rəqabət mühitinin yaradılması naminə Vaşinqtonun İrəvana dəstək verməyə hazır olduğu bildirilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub