Mən qarşınızda xitab edərkən özümü Azərbaycan Milli Məclisinin üzvü kimi hiss edirəm. Türkiyə parlamentində İzmiri təmsil edirəm, İzmirlə Bakı 1985-ci ildən qardaşlaşmış şəhərlərdir. arazımızdakı qardaşlıq hüququna dayanaraq, özümü həm də bakılı sayıram.
Mynews.az xəbər verir ki, bunu hazırda öz işini davam etdirən Milli Məclisin (MM) xüsusi və təntənəli iclasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib.
Onun bu sözləri millət vəkilləri tərəfindən böyük alqışlarla qarşılanıb.
Yıldırım çıxışında Xalq şairi Sabir Rüstəmxanlının vətənə həsr etdiyi şeirindən bir bəndi söyləyib.
O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun tarixindən qısaca bəhs edərək deyib ki, Azərbaycanın bugünkü inkişafında MM-in rolu danılmazdır:
“Azərbaycan tarixində ikinci dəfə - 1991-ci ildə öz siyasi istiqlaliyyətinə qovuşduqdan sonra böyük bir inkişaf və iqtisadi yüksəliş gerçəkləşdirib. Bakının küçələrində gəzərkən bu fərqi görmək mümkündür”.
TBMM-in sədri çıxışı zamanı mərhum Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi inkişafın Cənubi Qafqazda sülhə və inkişafa böyük təsir göstərdiyini xüsusilə vurğulayıb.
“Türkiyə tarixin hər dönəmində Azərbaycanın yanında olub, öz milli mücadiləsini verdiyi illər də daxil olmaqla, Aərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. Zaman-zaman bir-birimizdən uzaq düşsək də, bağlarımız, əlaqələrimiz heç qopmayıb”, - deyə Yıldırım əlavə edib. (Oxuaz)
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub