Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla, demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi.
Mynews.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib.
Onun dediyinə görə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi.
D.Cumabekov qeyd edib ki, indi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir:
“Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir”.
MM-in parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, bu orqan bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.
Qırğızıstanla Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən D.Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub