Milli Məclisin (MM) 2018-ci il payız sessiyasının keçirilmə tarixi bəlli olub.
Mynews.az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası gələn həftənin birinci günü - oktyabrın 1-də keçiriləcək.
Qeyd edək ki, payız sessiyasının ilk plenar iclasının gündəliyi də açıqlanıb. İclasın gündəliyinə 62 məsələ daxildir.
Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.
İclasda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.
Qeyd edək ki, bu sessiyadan etibarən yeni qanun layihələri ilə yanaşı, qanunlara dəyişikliklər üç oxunuşdan keçirilərək, qəbul olunacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub