USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“ADEX-2018”: Tank və helikopterləri məhv edən robotlar VİDEO

10:24 27.09.2018
“ADEX-2018”: Tank və helikopterləri məhv edən robotlar VİDEO
10:24 27.09.2018

Bakıda keçirilən “ADEX-2018” sərgisində robot texnikası istehsal edən Belarusun “BSVT - yeni texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyətinin stendi böyük marağa səbəb olub. 

Cəmiyyətin nümayəndələri ilə söhbətləşən Oxu.Az-ın müxbirinin məlumatına görə, bu müəssisə mülki və hərbi təyinatlı silahların işlənib-hazırlanması və istehsalçısıdır. Şirkət hərbi təyinatlı silahlar üçün səsboğucular, optik və elektro-optik nişan alan cihazlar, müşahidə sistemləri, elektro-optik sistemlər üçün trenajorlar, naviqasiya avadanlıqları, özüyeriyən robotlaşdırılmış komplekslərin istehsalı və “hava-hava” sinfinə daxil olan raketlərin modernləşdirilməsi ilə məşğuldur.  

Hərbi robotlar

Məsafədən idarə edilən robotlaşdırılmış BSVT kompleksləri üzərində elektro-optik və naviqasiya sistemləri olan müxtəlif dərəcəli silahları daşımağa imkan verir

Boqomol - bu kompleks dörd min metr uzaqlıqda olan və saatda 75 kilometr sürətlə hərəkət edən düşmənin tanklarını və digər zirehli texnikasını məhv etmək qabiliyyətinə malikdir.

Bundan başqa, kompleks beş min metr uzaqlıqda, 500 metr yüksəklikdə olan və sürəti saatda 300 kilometri keçməyən helikopterləri vura bilir.

Raketin trayektoriya üzrə idarəsi üçün bələdçi nişan markasını saxlayır, əsas sistem isə avtomatik olaraq raketi hədəfə doğru aparır. Raketin koordinatları optik sistem vasitəsilə müəyyən edilir. İdarəetmə komandası isə şüa vasitəsilə göndərilir.

Berserk - bu kompleks QŞQ-762 pulemyotları ilə komplektləşdirilib və düşmənin canlı qüvvəsini, eləcə də, saatda 300 kilometrdən az sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarını 1000 metr məsafədə məhv etmək qabiliyyətinə malikdir. 

5000 metrdən idarə olunan kompleks döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi heyətin təhlükəsizliyini təmin etməyə imkan verir. Yeni elektro-optik sistemdən istifadə kompleksin idarəsini və hədəfləri vaxtında aşkarlamağı asanlaşdırır. Yüksək manevr qabiliyyəti istənilən hava və çətin ərazi şəraitində tapşırıqları asanlıqla yerinə yetirməyə imkan verir. 

Al-Dafra - robotlaşdırılmış tank əleyhinə kompleks düşmənin zirehli texnikasını axtarmaq, tapmaq və məhv etmək qabiliyyətinə malikdir.

Kompleksin tərkibinə daxildir:

- robotlaşdırılmış döyüş maşını;

- Hədəflərin tanınması üçün sistem;

- operatorun iş yeri.


Xəbər lenti

300x200r