“Vertolyoti Rossii” hondinqi ilə Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti Rusiya helikopterləri üçün servis mərkəzində birgə fəaliyyətə başlayıb. Artıq briqada ilk Mi-8AMT helikoterini təmir edib.
Mynews.az xəbər verir ki, bununla bağlı “RİA Novosti”yə açıqlamasında “Vertolyoti Rossii” şirkətinin satış sonrası servis üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib.
“Biz planlı əsasla çalışırıq. Bu il iyun ayında “Silk Way”lə birgə olaraq onlara məxsus bir helikopteri təmir etmişik, indi də ikincisinin təmiri gündəmdədir. Yəni mərhələli şəkildə istehsal gücümüz və təmir ehtiyatlarımız artırılır”, - Çeçikov “ADEX-2018” sərgisində deyib.
O əlavə edib ki, hazırda işçi heyətinə təlim keçirilir və yeni avadanlıq gətiriləcək.
İki ilə əvvəl baş tutan “ADEX-2016” sərgisində “Vertolyoti Rossii” ilə “Silk Way Helicopter Services” şirkətinin rəhbəri Azər Sultanovarasında Azərbaycan ərazisində Rusiyaya məxsus Mİ8/18 mülki helikopterlərinin təmiri üçün servis mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb.
“ADEX-2018” sərgisi sentyabrın 25-dən 27-dək Bakıda keçirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub