Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı münasibətlərin müsbət inkişafına təkanın və əvvəllər əldə olunmuş razılaşmaların qorunub-saxlanmasının vacibliyini qeyd edib.
Mynews.az bununla bağlı “RİA Novosti”yə istinadla xəbər verir.
“Yaxşı ki, bu vəziyyətdən istifadə etmək və ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidəki görüşümüz zamanı iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafını qeyd etdik. Rusiyaya səfəriniz zamanı bizim qarşılıqlı fəaliyyətimizə verilən təkan və bu təkanın zəifləməməsi üçün imzaladığımız sənədlər indi çox vacibdir”, - Putin deyib.
O əlavə edib ki, ikitərəfli görüş zamanı bu barədə danışmaq niyyətindədirlər.
Bundan başqa, Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyən rusiyalı lider tədbirin yüksək formada beynəlxalq səviyyədə təşkil olunduğunu bildirib.
“Bu, dünya idmanının inkişafına böyük töhfədir”, - Putin deyib.
O, iki liderin Rusiya-Azərbaycan beynəlxalq forumunda iştirakının vacibliyini qeyd edib.
İlham Əliyev görüş zamanı bildirib ki, foruma rekord sayda iştirakçı toplaşıb, Rusiya Azərbaycan üçün vacib və dəyərli tərəfdaşdır.
“Düşünürəm ki, növbəti illərdə əməkdaşlığımızı daha da artıracağıq”, - Əliyev deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub