Millət vəkili Qüdrət Həsənquliyev ingilis dilinin tədrisi ilə bağlı parlamentdə məsələ qaldırıb.
Mynews.az-ın xəbərinə görə, millət vəkili payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib ki, bu gün ingilis dili beynəlxalq dildir, ancaq Azərbaycanda bu dilin öyrənilmə səviyyəsi yetərli deyil:
“Xüsusilə də, beynəlxalq tədbirlərdə iştirak zamanı bu məsələdə ciddi problemlər yaranır. Gürcülər və ermənilərlə müqayisədə bizimkilər bu dildə yaxşı danışa bilmirlər”.
Deputata cavabında isə spiker Oqtay Əsədov bunları bildirib:
“Mən bir müddət əvvəl parlamentdə ingilis dilinin öyrənilməsi ilə bağlı təşəbbüslə çıxış etdim. Amma kurslar açılmasına baxmayaraq, öyrənməyə gedən olmadı. Kurslar yarımçıq qaldı…”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub