Ermənistan baş naziri Nikol Paşinyan müxalifətlə anlaşa bilməyib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Paşinyanın Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələri nəticəsiz qalıb.
Baş nazir bildirib ki, hazırkı mərhələdə Respublika Partiyası özünü qeyri-konstruktiv aparır.
Bununla belə, o, bu cür görüşlərin davam etdiriləcəyini deyib:
“Onlar deyirlər ki, parlament seçkiləri 2022-ci ildə keçirilməlidir. Bu, qeyri-konstruktiv yanaşmadır. Növbədənkənar seçkiləri xalq tələb edir”.
Paşinyan hesab edir ki, növbədənkənar parlament seçkiləri yaxın 2-3 ayda keçirilməlidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub