Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub.
Mynews.az-ın xəbərinə görə, Muzeydən bildirilib ki, muzeyin direktoru Şirin Məlikova Makedoniya Respublikasının birinci xanımını Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.
Məlumat verilib ki, 2010-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmin vaxtdan hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu qonaqda xoş təəssürat yaradıb.
Sonda muzeyin yeni nəşri olan “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı qonağa hədiyyə edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub