Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Ermənistanda baş verən son proseslərlə bağlı açıqlama verib.
Mynews.az-ın məlumatına görə, B. Muradova qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi:
“Paşinyanın baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, nə bugünkü parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi. Onun baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə daha da dərinləşdirib. Bu da özünü ölkə daxilində gedən proseslərdə qabarıq şəkildə göstərir. Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir.
Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, əks qüvvələrin revanş götürmək istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək.
Biz Ermənistan tərəfində Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindəyik. Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub