Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.
D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var:
“Buraya hansı məsələlərin daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə, həqiqətən, qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub