Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.
Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən, birinci yerə “Beyləqan” komandası, ikinci yerə “Bərdə” komandası, üçüncü yerə “Şəmkir” komandası layiq görülüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub