Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edib.
Mynews.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə görə, Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycan Respublikasında 10 gün deyil,15 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.
Bundan əlavə, viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.
Həmçinin Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiq edən sənəd tələb olunacaq. Tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub