Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, dövlət başçılarının etimada və dostluğa əsaslanan səmimi dialoqu və müntəzəm görüşləri tərəfdaşlıq əlaqələrinin hərtərəfli inkişafında xüsusi çəkiyə və əhəmiyyətə malikdir.
“Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir. Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub