Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti cənab Arkadi Dvorkoviçə təbrik məktubu göndərib.
Mynews.az-ın xəbərinə görə, dövlət başçısı A.Dvorkoviçi Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edib, ona dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə uğurlar arzulayıb.
Azərbaycan prezidenti həmçinin Mahir Məmmədovu Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
“Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram”, - deyə dövlət başçısının məktubunda bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub