USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bəhruz Quliyev: “Azərbaycan dövlətinin Qarabağ probleminin həllindəki mövqeyi bəllidir” MÖVQE

09:06 06.10.2018
Bəhruz Quliyev: “Azərbaycan dövlətinin Qarabağ probleminin həllindəki mövqeyi bəllidir” MÖVQE
09:06 06.10.2018

"İlk öncə qeyd etmək istərdim ki, MDB rəsmisinin Azərbaycanla bağlı hər hansı bir qərəzli bəyanat verməsi onun açıq-aşkar hansı yanlış siyasi baxışa aid olmasını göstərir. Digər tərəfdən, Zatulinin ifadələrinin Azərbaycan-Rusiya əlaqələrinə, xüsusilə, Rusiyanın mövqeyinə heç bir aidiyyatı ola bilməz". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan və onun işğal olunmuş əraziləri ilə bağlı söylədiyi əsassız fikirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan beynəlxalq aləm də daxil olmaqla, ilk növbədə MDB məkanında ən aparıcı dövlətlər sırasında yer alır, eləcə də Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf edir: "Xüsusilə qeyd etmək istərdim ki, son zamanlar Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə də mühüm üstünlüklər əldə edib və görünür, Zatulin bu reallığı nəzərindən qaçırıb.

Həmçinin, parlamentdə çıxış edən bəzi deputatların fikirlərini Azərbaycan dövlətinin mövqeyi kimi qiymətləndirən MDB rəsmisi bununla özünü ifşa edib. Daha doğrusu, siyasi bilgisinin nə dərəcədə aşağı səviyyədə olduğunu nümayiş etdirib. Çünki Azərbaycan dövlətinin Qarabağ probleminin həllindəki mövqeyi bəllidir və torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, Cənubi Qafqazın ən güclü ordusuna malik olan Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə həmin ərazilərimizi azad edəcək. Yəqin ki, Zatulin də bunu yaxşı bilir. Sadəcə, erməni dairələrinin təsiri altında olduğu üçün, bu qədər böyük səhvə yol vermək məcburiyyətində qalır, yaxud da onun bu cür qərəzli ifadələrlə çıxış etməsində başqa maraqları da var".

"Ümumiyyətlə, Zatulin və onun kimi çıxış edən bəzi şəxslər ermənipərəstlik baxışından çıxış etmələri ilə, əslində özlərini siyasi cəhətdən həmin dairələrə - erməni lobbisinə satdıqlarını, daha doğrusu, pula satıldıqlarını sübut edirlər", bildirən Bəhruz Quliyev bəzi xatırlatmaları da edib: "Bu adam "DQR"-də saxta "parlament seçkiləri" keçirilərkən, orada "müşahidəçilik" edib, üstəlik, bu günə qədər dəfələrlə Azərbaycan əleyhinə çıxışları ilə yadda qalıb. Məgər bunun özü belə deməyə əsas vermirmi ki, Zatulin erməni pulu, rüşvəti ilə qidalanır? Hətta deyərdim ki, o belə davam edərsə, xüsusilə də, Rusiya ilə Azərbaycan arasında artan isti və xoş münasibətlərə ermənilərin sifarişi ilə sərsəm müdaxilələr edərsə, onun bu addımı təmsil olunduğu Rusiyanın dövlət rəhbərliyi tərəfindən də kəskin şəkildə pislənə bilər. Hətta onun barəsində müəyyən ölçülər də götürülə bilmək ehtimalı yaranar ki, Zatulin bununla öz karyerasına son qoymuş olar. Bax, onda ermənilər onu lazımsız döşəmə əskisi kimi bir kənara ataraq, özlərinə yeni "yem" axtarışına çıxacaqlar. Yəni, demək istədiyim də odur ki, Zatulin bu kimi lüzumsuz addımları və bəyanatları ilə özü-özünü ifşa edir və tələyə salır".

"Səs" qəzetinin baş redaktoru son olaraq bildirib ki, bu gün Zatulin və onun kimi ermənipərəstlərin bənzər fikirləri heç vaxt Azərbaycanın gücünə, qüdrətinə kölgə, Rusiya-Azərbaycan münasibəltərinin inkişafına isə xələl gətirə bilməz.


Xəbər lenti

300x200r