Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevRusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Mynews.az xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub