Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır.
Mynews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, indi Azərbaycan şərab evlərini açmağa başlayıb.
“Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm.
Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir.
Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər”, - deyə, Azərbaycan Prezidenti vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub