Həmyerlimiz Fərhad Səmədov Rusiya Federasiyasının Başqırdıstan Respublikası Prezidentinin Fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya prosesləri, informasiya texnologiyaları sahəsinə nəzarət edəcək.
Mynews.az-ın məlumatına görə Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qeyd edək ki, Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.
1994-1998-ci illərdə “Eksimer” elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.
Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub