Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilməsi iddia edilir. Mynews.az-a Müdafiə Nazirliyindən bildiriblər ki, MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.
“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”, – Müdafiə Nazirliyindən sorğuya verilən cavabda belə deyilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub