“Moskva Ermənistan və Türkiyənin danışıqlarına kömək etməyə hazırdır”.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Regional Post –Caucasus” jurnalına müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Rusiya 2007-2009-cu illərdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasında mühüm rol oynayırdı:
“Amma daha sonra normallaşma prosesi dayandı. Ancaq prinsipial olaraq əhəmiyyətlidir ki, tərəflər razılaşmaq və məsuliyyətli qərarları qəbul etmək qabiliyyətini nümayiş etdirdi. Əminəm ki, Ermənistan və Türkiyə aralarındakı problemləri nizama salmağa qadirdir. Bu halda çox şey onların özlərindən asılıdır. İrəvan və Ankara danışıqlar stoluna oruracağı halda, Rusiya onlara ən aktiv köməyi göstərməyə hazır olacaq”.
Rusiya xarici siyasət idarəsinin başçısı həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının xarici sərhədinin Türkiyə-Ermənistan hissəsinin açılmasını alqışlayardı:
“Bu, şübhəsiz ki, regiona bütovlükdə xeyir verəcək”.
Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı bağlayıb.Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan sərhədləri yalnız Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunacağı halda açılacaq. Moskva isə zaman-zaman Ankaranın bu şərtini görməməzlikdən gələrək Türkiyə-Ermənistan münasibətlərini Dağlıq Qarabağ münaqişəsinin həllindən ayrı tutmağa çalışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub