Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ölkəmizdə 1970-ci ilə qədər veteranların heç bir statusu yox idi: "Lakin 70-ci ildən sonra dövlət tam möhkəmləndikdən sonra veteranlarla bağlı addımlar atılmağa başladı".
S.Novruzov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinət verilməsinin çox mühüm qərar olduğunu qeyd edib.
Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydaların tətbiq edildiyini deyən millət vəkili bildirib ki, vaxtilə haqqı olan insanlar kənarda qalıb, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: "Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsinə şərait yaradıb".
S.Novruzov əlavə edib ki, ezam olunanlarla həqiqi hərbi xidmətə çağırılanların statusu fərqli olmalıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub