Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mynews.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Cəfərova Rüxsarə Əliağa qızı, Xanlarov Habil Tehran oğlu, Qurbanova Vəfa Əli qızı, Məmmədov Vidadi Mansur oğlu, Məmmədova Mayə Əliağa qızı, Mirzəyev Akif Əziz oğlu və Müzəffərov Arif Valeh oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Mingəçevir Dövlət Dram Teatrı əməkdaşları Abbasov Zülfüqar Qulu oğlu və Mirabov Akif Əhməd oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Əliyeva Afət Məmməd qızı, Həşimov Rafael Zeynal oğlu, İbrahimli Qabil Mahmud oğlu, İmamverdiyev Yusif İmamverdi oğlu, Quliyev Aydın Baloğlan oğlu isə “Tərəqqi” medalı ilə təltif olunublar.
İlham Əliyev həmçinin Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşları Hüseynov Tofiq Həsən oğlu və Muradov Allahyar Niyaz oğlunu “Tərəqqi” medalı ilə, Əliyev Tərbiz Nəsib oğlu, İmanov Nazim Müzəffər oğlu, Musayev Akif Fərhad oğlu, Sultanova Rəna Polad qızı və Yüzbaşıyeva Gülşən Zahid qızını isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub