"Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir"
Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir. Bu baxımdan təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc kimi diqqət cəlb etməkdədir.
Mynews.az xəbər verir ki, bunu "Səs" Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, bütün əldə olunan nailiyyətlərimiz həyatımızda olduğu kimi, beynəlxalq hesabatlarda da öz əksini tapır: "Məsələn, ötən gün Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı təqdim edilib. Tamamilə yeni metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan nailiyyətləri və uğurları ilə ilk yerlərdə qərarlaşıb. Xüsusilə də hesabatda Azərbaycanın dünya səviyyəsində sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilməsi respublikamızda reallaşdırılan islahatların və görülən işlərin yüksək nəticəsini nümayiş etdirir".
Ekspert qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış transmilli layihələr də ölkəmizin dünyadakı nüfuzunu yüksəldir, əhəmiyyətini artırır və mövqeyini gücləndirir: "Bu reallıqdır ki, birbaşa Azərbaycanın təşəbbüsü ilə Xəzər, Qara və Aralıq dənizləri hövzələrini birləşdirən TAP, TANAP, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib, Qərblə Şərq arasında fasiləsiz nəqliyyat əlaqələrinin qurulması üçün Şimal-Cənub, Şərq-Qərb, eləcə də Avrasiya geostrateji məkanının önəmli layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ən etibarlı nəqliyyat dəhlizi formalaşdırılıb, regionun ən böyük təniz ticarət limanı yaradılıb və nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan sürətli və dinamik inkişaf edən dövlətlərin sırasında yer alır".
B.Quliyevin sözlərinə görə, bu gün dünyada ölkələr var ki, onların qaz, elektrik, yol problemləri var, amma Azərbaycan sosial infrastruktur sahəsində dünya ölkələrinə nümunə olacaq səviyyədə işlər görüb: "Elə hesabatda da Azərbaycanın əhalinin elektriklə təchizatı səviyyəsinə görə 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəldiyi vurğulanıb. Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Türkiyə, Serbiya, Cənubi Afrika Respublikası, Xorvatiya kimi ölkələrlə eyni cərgədə durması ölkəmizin dinamik inkişafından və tərəqqisindən xəbər verir".
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1074 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1018 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1017 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 986 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 984 dəfə oxunub