İndoneziya hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə oktyabrın 18-19-da Balidə təşkil etdiyi “İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələri beynəlxalq inkişaf agentliklərinin üçüncü Dialoq Görüşü”ndə Azərbaycan nümayəndəsi iştirak edib.
Xarici İşlər Nazirliyindən Mynews.az-a bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşı Etibar Kərimov ölkəmizin milli donor institutu olan AİDA-nın həyata keçirdiyi proqram və layihələrindən bəhs edib, Cənub-Cənub əməkdaşlığı çərçivəsində İİB-lə birgə təşkil olunmuş fəaliyyət haqqında iştirakçılara məlumat verib.
E.Kərimov, həmçinin davamlı inkişaf və beynəlxalq donorluq sahələrində ölkəmizin uğurlu təcrübəsinin mövcud olduğunu və həmin sahələrdə iştirakçı dövlətlərin Azərbaycanın təcrübəsindən faydalana biləcəyini qeyd edib.
Tədbir zamanı ölkəmizin donor ölkəsi kimi təcrübəsi maraqla qarşılanıb, konkret sahələrdə əməkdaşlıq edilməsi məqsədilə təkliflər irəli sürülüb.
Məlumat üçün qeyd etmək istərdik ki, konfransın təşkilində əsas məqsəd Cənub-Cənub əməkdaşlığının rolunun müzakirəsi, İİB üzv dövlətləri arasında bu istiqamətdə təcrübə və fikir mübadiləsinin sürətlənməsindən ibarətdir. Tədbirdə İİB üzv ölkələrin inkişafa yardım milli agentlikləri, aparıcı beynəlxalq təşkilatlar, eləcə də elmi dairələrin, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub