Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.
"Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir", - deyə o bildirib.
Con Bolton "Amerikanın səsi" radiosuna müsahibəsi zamanı ABŞ prezidenti Donald Trampın Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra biləcəyini istisna etməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub