"ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və öz aralarında danışıqlar aparırlar"
Mynews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, bu, Paşinyanın Dağlıq Qarabağın münaqişə tərəfi olması ilə bağlı səsləndirdiyi ilk bəyanat deyil. E.Məmmədyarov, həmçinin vurğulayıb ki, hansısa danışıqlar aparanda gərək bunun üçün hazırlıq görülsün:
"Yaxud da hansısa bəyanat verəndə fikirləşməlidir ki, orada nə deyilir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişə tərəfidir. O ki qaldı Dağlıq Qarabağ icmasına, burada hər iki ölkə maraqlı tərəfdir. Əgər maraqlı tərəfdilərsə, orada Azərbaycan icması da var".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub