ATƏT sədrinin xüsusi nümayəndəsi Bakıda
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi əməkdaşlığın dərinləşməsi üçün səylə çalışacaq.
Görüşdə qeyd edilib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılır.
Parlamentin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib. O deyib: “Təəssüflər olsun ki, münaqişənin həlli üçün danışıqların getdiyi 25 ildən artıq müddətdə ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, normal bir yol göstərə bilməyib. Minsk qrupu münaqişənin həlli istiqamətində səylərini artırmalıdır”.
Yeni təyinatından məmnunluğunu bildirən səfir Rudolf Mihalka region, Azərbaycan haqqında, mövcud münaqişələr barədə kifayət qədər məlumatlı olduğunu deyib. “Çalışacağam ki, mövcud münaqişələrin həllində ATƏT öz səylərini artırsın. ATƏT münaqişənin sülh yolu ilə həll olunması prosesini dəstəkləyir”, - deyə o əlavə edib.
Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1003 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 911 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 911 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 595 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 595 dəfə oxunub