Azərbaycan baş naziri Novruz Məmmədov MDB hökumət başçılarının noyabrın 2-də Astanada keçiriləcək iclasında iştirak edəcək.
Qazaxıstan KİV-in məlumatına əsasən, iclasda MDB hökumət başçıları ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafının aktual məsələlərini, eləcə də mədəniyyət və maliyyə sahələrində qarşılıqlı fəaliyyətləri müzakirə edəcəklər.
İclasın sonunda nüvə qəzası vəziyyətində hazırlığın təmin edilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın inkişafı, kosmik məkanın dinc məqsədlərlə tədqiqi və istifadəsi sahəsində birgə fəaliyyətin həyata keçirilməsi, mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıqla bağlı bəzi beynəlxalq razılaşmaların imzalanması gözlənilir. (Oxu.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub