Himnimizin nə sözlərini, nə də musiqisini dəyişmək lazımdır. Heç nəyə toxunmaq lazım deyil.
Bunu Oxu.Az-a açıqlamasında şair, Azərbaycan Yazıçılar Birliyinin (YAP) katibi və Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib.
“Himnimiz yaxşıdır, hər şey yerindədir”, - deyən R.Məcidin sözlərinə görə, bu mövzu, ümumiyyətlə, müzakirəlik məsələ deyil.
“Vaxtilə “525-ci qəzet”də bu mövzu ilə bağlı tanınmış jurnalist İlhamə Qasımlının geniş araşdırmaları getmişdi.
Hətta ulu öndər Heydər Əliyevə də sual vermişdi, o da demişdi ki, “heç bir dəyişiklik lazım deyil, himnimiz elə tariximizdir və olduğu kimi qalmalıdır”. Bundan sonra nə isə demək, əlavə etmək, məncə, yersizdir”, - deyə AYB-nin katibi əlavə edib.
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov himnlə bağlı hər hansı dəyişikliyə ehtiyac olmadığını deyib.
“Bu məsələyə ən yüksək səviyyədə cavabı elə dünən Milli Məclisdə hörmətli millət vəkilimiz və tarixçimiz Fəzail İbrahimli verdi. Çox məzmunlu, çox əhatəli cavab və yanaşma idi. Mən də həmin fikirləri, yanaşmanı olduğu kimi qəbul edir və dəstəkləyirəm. Həmin fikirlərdən əlavə nə isə demək istəmirəm. Orada hər şey deyilib”, - deyə S.Seyidov sonra bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub