ABŞ prezidenti Donald Trampın İŞİD-i məhv etmə planının detalları mediaya sızıb.
Tramp Ağ Evə köçən kimi İŞİD-in tamamilə məhv edilməsi planının hazırlamasını üçün Pentaqona bir ay vaxt verib.
"NBC Nerws"un məlumatına görə, artıq həmin gizli plan hazırdır.
Lakin bunun Obamanın planından çox da fərqlənmədiyi deyilir. Sadəcə olaraq, bir daha şiddətli yanaşma var.
Gizli Plan üç ana mərhələdən ibarətdir.
1. Mosul və Rakkanın geri alınması üçün lokal güclərə dəstək olmaq.
2. İŞİD-in gəlir mənbələrini məhv etmək.
3. Azad edilən bölgələrdə sabitliyi təmin etmək.
Hərbi dairələr isə bu planı bəyənməyib. Hərbi Hava Qüvvələrinin keçmiş əməkdaşı, general Dave Deptule planın tam olmadığını deyib.
Onun sözlərinə görə, Tramp bu planla İŞİD-i tamamilə məhv etmək hədəfinə nail olmayacaq.
"İŞİD-i bir bədən olaraq düşünsək, bu planımızla onun sadəcə barmaqlarına və ayaqlarına hücum edirik", - deyə o bildirib.
publika.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub