Asiyada müharibə vəziyyəti getdikcə qıcıqlanır.
Publika.az xəbər verir ki, Şimali Koreyanın nüvə silahı proqramını inkişaf etdirmək istiqamətində addımlar atmasından sonra, böyük güclər hərəkətə keçib.
ABŞ Dövlət katibi Reks Tillersen dünən Cənubi Koreyada səfəri zamanı Pxenyanı hərbi müdaxilə ilə hədələyib.
Dövlət katibi qeyd edib ki, Şimali Koreyanın silah proqramı bu ölkəyə hərbi müdaxiləni şərtləndirir.
ABŞ prezidenti Donald Tramp isə “Twitter”dən açıqlama yayaraq, bildirib ki, Şimali Koreya Amerika ilə illərdir oyun oynayır. Tramp Şimali Koreya təhlükəsinə qarşı Çinin yardım etmədiyini də bildirib.
Rusiya baş verən nüvə gərginliyinə münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini İqor Murqolov bildirib ki, Şimali Koreyanın nüvə raketini sınaqdan keçirməsindən sonra ABŞ və müttəfiqlərinin hərbi təlimlərə başlaması gərginliyi daha da artırır.
“Şimal-şərqi Asiyadakı vəziyyət bizi narahat edir”, - deyə o bildirib.
Beləliklə, Asiyada yaşanan böhrana dünyanın bütün super güclərinin daxil olduğu aydın görünür.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub